Bu ərazidə yaşayanlara metro ilə bağlı sevindirici xəbər - FOTO

Bakı sakinlərinin və şəhər nəqliyyat sisteminin rahatlığını artırmaq məqsədilə Bakı metrosunun yeni B-4 stansiyasının tikintisi sürətlə davam edir.
Müasir texnologiyaların tətbiqi və geniş infrastruktur imkanları ilə fərqlənəcək bu stansiya hazırda Bakı metrosunun ümumən gedən 28-ci stansiyadır.
Bəs hazırda tikinti nə yerdədir? yeni stansiya nə zaman açılacaq?
Layihə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Ajans.az-a ətraflı məlumat verib. Onun sözlərinə görə, B-04 metrostansiyası Bənövşəyi xəttin hazırda tikilməkdə olan 5-ci stansiyasıdır:
"Stansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Bu stansiya 1 saylı Mərkəzi Klinik Xəstəxananın arxası, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşəcək. Stansiya, Bənövşəyi xəttin mövcud infrastrukturu üzərində yerləşəcək və “8 Noyabr” stansiyasından sonra gələcək," - deyə Məmmədov qeyd edib.
Onun sözlərinə görə, B-04 stansiyasının dizaynı da üslubu və arxitektur həlli ilə fərqlənəcək. Stansiyada qabaqcıl texnologiyalardan istifadə olunacaq ki, bu da həm sərnişinlərin təhlükəsizliyini, həm də rahatlığını təmin edəcək.
Qeyd edək ki, “B-04” stansiyasının istifadəyə verilməsi barədə məlumat inşaat işlərinin bərpasından sonra məlum olacaq.



"Cebheinfo.az"
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












