Bu ərazilərə yağış yağır - YENİLƏNİB

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 15:30-a olan məlumatında qeyd edilib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalan, Gəncədə 28, Goranboyda 27, Mingəçevir, Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtər, Şəmkirdə 16, Zaqatala, Balakən, Şəkidə 15 m/s-yə çatır.
Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.
***11:11
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır.
Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 18, Zaqatalada 17, Göygöldə 8, Daşkəsəndə 6, Gədəbəy, Şəkidə (Kişçay), Şahbuzda 5, Beyləqan, Qusar, Qəbələ, Balakəndə 4, Goranboy, İmişli, Oğuzda 3, Qrız, Xınalıq, Cəbrayıl, Zərdab, Tərtər, Ağstafa, Ordubad, Culfada 2, Xaçmaz, Sədərək, Naxçıvan, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Gəncə, Şamaxı, Xaltan, Bərdə, Mingəçevir, Yevlax, Sabirabad, Biləsuvar, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Culfada 20 m/s-yə çatır.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












