Bu günədək Azərbaycan vasitəsilə İrandan 1222 nəfər təxliyə olundu - FOTO - YENİLƏNİB

İrandan martın 4-də saat 14:00-16:00 aralığında daha 46 nəfər Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin altısı Azərbaycan, 35-i Çin, dördü Tacikistan və biri isə Ukrayna vətəndaşıdır.
***16:03
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1222 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.
***14:06
Qazaxıstandan qayıdan İran təyyarəsinin 14 nəfərlik ekipaj üzvləri Azərbaycandan ölkəsinə qayıdıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ekipaj üzvlərinin İrana keçidi Azərbaycanın "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib.


***
İrandan martın 4-də saat 10:00-12:00 aralığında daha 21 nəfər Azərbaycana təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə keçən şəxslərin beşi Azərbaycan, digərləri isə Çin, Pakistan, Fransa və Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan bu gün saat 12:00-a qədər İrandan Azərbaycana 1182 nəfər təxliyə olunub.

***
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Tacikistanın 99, Pakistanın 76, Omanın 46, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, Qırğızıstan və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin bir vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR




















