Bu hüququnuzu pozsalar bildirin! - Sərt cəza veriləcək

Azərbaycanda saxlama müddəti ötmüş məhsulların satılması, qablaşdırmada göstərilən miqdardan kənara çıxılması və istehlakçıların hüquqlarının digər formada pozulmasına görə ciddi cərimələr tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manatadək cərimə edilə bilər.
Ölçülüb qablaşdırılmış malların faktiki miqdarının bağlamanın üzərində göstərilən miqdardan yol verilən kənarlaşmaya dair məcburi tələblərə uyğun olmaması da eyni məbləğdə cərimə ilə nəticələnir.
Bundan başqa, mal satan və ya əhaliyə xidmət göstərən şəxslərin malın və ya xidmətin ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və ya keyfiyyəti barədə istehlakçıları az miqdarda (5 min manatdan yuxarı olmayan məbləğdə) aldatması da cəzalandırılır.
Qanunvericilikdə istehlakçıların hüquqlarının pozulması ilə bağlı digər hallara da cərimələr nəzərdə tutulur. Standartlara və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması, işlərin görülməsi və xidmətlərin göstərilməsi də bu hallara daxildir.
Məcburi sertifikatlaşdırılmalı olduğu halda sertifikatlaşdırılmamış malların istehsalı və satılması, işlərin görülməsi və xidmətlərin göstərilməsi də inzibati məsuliyyət yaradır.
Standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulların istehsalı və ya satılması, eləcə də təhlükəli işlərin və xidmətlərin görülməsi də cərimələnir.
Nəzarət olunmalı məhsulların müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi, həmçinin dövlət tənzimlənməsinə aid sahələrdə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməsi də istehlakçıların hüquqlarının pozulması hesab olunur.
Bundan başqa, qanunvericilikdə istehlakçıya verilən hüquqlarla müqayisədə onun hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi də cərimə tətbiq edilən hallardandır.
Yuxarıda qeyd edilən bütün hallarda da fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat məbləğində cərimə edilir./ajans.az
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












