Bu marşruta müasir avtobuslar verilir - Yol olmadığından BMU-ya gedə bilməyəcəklər - FOTO

Yaxın günlərdə Xırdalanı Bakının mərkəzi ilə əlaqələndirən 135 saylı marşrut xəttinin avtobuslarının hamısının yenilənməsi gözlənilir.
Avtosfer.az xəbər verir ki, yeni avtobusların yol problemi ilə əlaqədar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilməyəcəyi bildirilir. Belə ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsi istiqamətində-120 yolu adlanan ərazidə yolun keçilməz olması, dərin çalaların mövcudluğu müasir tipli alçaqdaban avtobusların hərəkətini mümkünsüz edib.
Məsələ ilə bağlı 135 saylı xətt üzrə sərnilinlərə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirildi ki, uzun illərdir qeyd edilən ərazidə yol problemi qalmaqdadır: “Tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin qeyd edilən ərazidə yolun bərpası həyata keçirilməyib. Hazırda böyük çətinliklə də olsa bir qədər köhnə avtobuslarla oradan hərəkət edə bilirik. Lakin xəttə ən müasir tipli "İveco" markalı avtobusları buraxandan mövcud şərtlərdə Bakı Mühəndislik Universiteti istiqamatində hərəkət edə bilməyəcəyik. Bununla bağlı olaraq həmin ərazidəki sakinlərdən və tələbələrdən üzr istəyirik və problemin şirkətimizin fəaliyyəti ilə bağlı olmadığını nəzərinizə çatdırırıq”.

Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












