Bu marşrutun fəaliyyəti bərpa olunur - FOTO

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq sabahdan etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar aşağıdakılardır:
- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
- Mərdəkan prospekti (Binə qəsəbəsi);
- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
- Bilgəh Kardioloji Sanatoriyası;
- Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);
- Sea Breeze 1;
- Sea Breeze 2.
Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.90 AZN müəyyən edilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












