"Bu, Moskva ilə Bakı arasında normallaşma üçün vacib addım ola bilər” - Zaxarova

"Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə danışıb.
“Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, konsul əməkdaşları iyulun 3, 14 və 23-də Bakıda saxlanılan rusiyalılara baş çəkiblər: “Dördüncü görüş üçün müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı












