Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO

Bakıda piyada səkisinin zəbt edilərək üzərində dəmir konstruksiyalardan ibarət obyekt inşa edildiyi iddia olunur.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbət Suraxanı rayonu, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsindən gedir.
Yolu bu ərazidən düşənlər və yaxınlıqda yaşayanlar da sözügedən küçədə səkinin üzərində müxtəlif təyinatlı obyektlərin inşasından narahatlıqlarını ifadə edirlər. Sakinlər iddia edirlər ki, iki həftə əvvəl ərazidə dəmir konstruksiyalardan ibarət növbəti tikili inşa olunub.
Dəmir konstruksiyadan inşa olunan obyektin sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən tikilinin yerində əvvəl təkər təmiri sexi fəaliyyət göstərib və bununla bağlı müvafiq icazə sənədləri mövcuddur.
Bir müddət əvvəl Samir Cəfərov küçəsində aparılan abadlıq işləri çərçivəsində müasir standartlara cavab verməyən təmir sexi sökülərək küçənin qarşı tərəfinə köçürülüb. Ərazidə təmizlik işləri aparıldıqdan sonra isə obyekt yenidən əvvəlki yerinə qaytarılıb.
Günəşli bələdiyyəsindən isə bildirildi ki, obyektin yerləşdiyi ərazidə ümumiyyətlə səki olmayıb. Sözügedən tikili köhnə sexin yerində inşa edilib. Bir müddət öncə aparılan abadlıq işləri çərçivəsində ərazidən köçürülən təkər təmiri sexi yenidən bərpa olunub.
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin












