Bu ölkədə yanacağın qiymətləri rekord həddə çatıb

Almaniyada yanacağın qiymətləri kəskin bahalaşaraq rekord səviyyəyə çatıb.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, Almaniya Avtomobil Klubu (ADAC) tərəfindən açıqlanan məlumata əsasən, yanacaqla bağlı güzəştin qüvvəyə minməsinə qısa müddət qalmış dizel yanacağının qiyməti ölkə üzrə orta hesabla hər litr üçün 17,7 sent artıb. “E10” markalı benzinin qiyməti isə 15,4 sent yüksəlib.
Bahalaşmanın əsas səbəblərindən biri kimi dünya bazarlarında neftin qiymətlərinin artması olduğu bildirilir. Son günlər neftin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Halbuki bir gün əvvəl ölkə üzrə orta qiymətlərdə ciddi dəyişiklik qeydə alınmamışdı.
Qeyd edək ki, Bundestaq yanacaq qiymətlərinin artımının təsirini azaltmaq məqsədilə benzin və dizel üzrə enerji vergisinin müvəqqəti azaldılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, mayın 1-dən iyunun sonunadək yanacaq üzrə vergi hər litr üçün 17 sent aşağı salınacaq.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












