Bu ölkədən axın başlayır: Hər kəs Azərbaycana gələcək

Sentyabrın 24-dən 26-dək Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Tədbirin yürüşü paytaxt küçələrindən keçən şəhər trasında baş tutacaq. Onuncu dəfə təşkil olunan bu yürüş yubiley xarakteri daşıyacaq.
Qran-prinin tarixlərini əhatə edən həftə həm də turistlərin marağı baxımından da önəmlidir.
Məlumata görə, sentyabrın 21-dən 27-dək rusiyalıların Bakı otellərinə tələbatı ötən ilin analoji dövrü ilə müqayisədə on dəfə, əvvəlki həftəyə (14–20 sentyabr) nəzərən isə iki dəfə artıb.
Onları sentyabr ayında paytaxtımıza səfərlərinin hər beşindən biri (20%-i) məhz yarış tarixlərinə təsadüf edir. Bu səbəblə şəhərimizdəki otellərə maraq da artıb.
Bəs “Formula-1” Bakıya turist axınını ümumi nə qədər artıracaq, paytaxtda otel və xidmət sektorunda qiymətlər yüksələcəkmi?
Məsələ ilə bağlı News24.az-a danışan turizm eksperti Ceyhun Aşurov ümumi turist axınına baxdıqda əvvəlki illərlə müqayisədə Rusiyadan Azərbaycana gələnlərin sayında azalma müşahidə olunduğunu bildirib:
"Əvvəlki illərlə müqayisədə, xüsusən də yay ərəfəsində Rusiyadan gələn turistlərin sayı kəskin azalıb. Buna müxtəlif siyasi və logistika amilləri, o cümlədən quru sərhədlərin bağlı olması və müəyyən dövrdə uçuşların dayandırılması təsir edib. Quru sərhədlərin qapalı olması, uçuşların bir müddət dayanması və digər səbəblər rol oynayıb. Lakin “Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində isə vəziyyət fərqlidir”.
Eksperin fikrincə, bu yarışa yalnız Rusiyadan deyil, dünyanın müxtəlif ölkələrindən turistlərin səfəri gözlənilir:
“Əvvəlki illərlə müqayisədə Rusiya turistlərinin sayı az olsa da, “Formula-1”lə bağlı rezervasiyalar var. Rusiyadan da yarış məqsədilə Azərbaycana gələn turistlər olacaq. Çünki “Formula-1” artıq Azərbaycanda kifayət qədər oturuşmuş tədbirə çevrilib. Əvvəlki illərdə yarış biletlərinin bir hissəsinin müxtəlif yollarla paylanılırdı, hazırda isə biletlərə real tələbat formalaşıb. Artıq bir neçə ildir ki, “Formula-1” biletləri açıq şəkildə satışa çıxarılır. Qiymətlərin elə də ucuz olmamasa da alıcılar və yarışa maraq göstərən auditoriya var. Demək olar ki, biletlər tam şəkildə satılır. Bunu otellərdəki rezervasiyalardan da müşahidə etmək mümkündür”.
Onun sözlərinə görə, “Formula-1” artıq özünü turist cəlb edən beynəlxalq tədbir kimi doğruldub və yarış günlərində Azərbaycana gələn xarici turistlərin sayının artmasına səbəb olur:
“Qeyd etdiyim kimi, “Formula-1” artıq özünü doğruldub, öz auditoriyasını formalaşdırıb və biletlər demək olar ki, tam satılır. Təbii ki, burada Rusiyadan gələn turistlər də var. Müraciətlərin və rezervasiyaların çox olması səbəbindən düşünürəm ki, yarış günlərində otel qiymətlərində də müəyyən dəyişikliklər müşahidə oluna bilər”
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO











