Bu ölkənin hökuməti İSTEFA VERDİ

Yaponiya hökumətinin bütün üzvləri Baş nazir Sanae Takaiçinin planlaşdırdığı Nazirlər Kabinetində dəyişikliklərdən əvvəl istefa veriblər.
Avtosfer.az xəbər verir ki, Baş nazirin ofisinin məlumatına görə, hökumət üzvləri Nazirlər Kabinetinin təcili iclasında istefa ərizələrini təqdim edib, Sanae Takaiçi isə ərizələri qəbul edib.
Yeni Nazirlər Kabinetinin yaxın saatlarda elan ediləcəyi gözlənilir. Yeni hökumət formalaşdırılanadək istefa verən nazirlər rəsmi olaraq vəzifələrini icra etməyə davam edəcəklər.
Xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinjiro Koizumi, maliyyə naziri Satsuki Katayama və Baş Nazirin Aparatının rəhbəri Minoru Kihara da daxil olmaqla, əsas nazirlərin əksəriyyətinin vəzifələrini qoruyacağı gözlənilir.
Qeyd olunur ki, Sanae Takaiçi daha əvvəl hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində də kiçik dəyişikliklər edib. Əsas vəzifələrdə ciddi dəyişikliklərin gözlənilmədiyi bildirilir.
Bu dəyişikliklərin Takaiçinin partiya daxilində nəzarətini qorumaq və 2027-ci ildə LDP sədri vəzifəsinə yenidən seçilməsi üçün zəmin yaratmaq məqsədi daşıdığı qeyd edilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












