Bu ölkəyə gedənlərin NƏZƏRİNƏ! - Bunu etsəz pul ÖDƏYƏCƏKSİZ

Yaponiyada gələn ildən etibarən Fuji dağına rəsmi dırmanma mövsümündən kənarda qalxan və vertolyotla xilas edilməsinə ehtiyac yaranan turistlərdən xilasetmə xidmətinə görə ödəniş tutulacaq.
Avtosfer.az xəbər verir ki, “BBC News”un məlumatına görə, yeni qaydalar Fuji dağının şimal yamacına nəzarət edən Yamanaşi prefekturasının hakimiyyət orqanları tərəfindən tətbiq ediləcək.
Vertolyotla xilasetmə xidmətinə görə ödəniş tətbiqi riskli və hazırlıqsız dırmanmaların sayını azaltmağa yönəlmiş tədbirlərdən biridir. Bundan əlavə, Yamanaşi hakimiyyəti mövsümdənkənar Fuji dağına qalxmaq istəyən turistlərdən əvvəlcədən ətraflı marşrut planı təqdim etmələrini tələb edəcək.
Fuji dağına rəsmi dırmanma mövsümü iyuldan sentyabrın əvvəlinədək davam edir. Mövsümdənkənar dövr isə sentyabrın əvvəlindən növbəti ilin iyul ayınadək davam edir.
Bu müddətdə dırmanma tamamilə qadağan edilməsə də, turistlərin dağın 10 stansiyasından yalnız beşinə qədər qalxmasına icazə verilir. Bununla belə, hakimiyyət orqanları mövsümdənkənar dırmanışları tövsiyə etmir.
Vertolyotla xilasetmə xidmətinin dəqiq qiyməti hələ müəyyənləşdirilməyib. Yamanaşi prefekturası qonşu Saitama prefekturasında tətbiq olunan dağ xilasetmə tarifini nümunə kimi götürməyi planlaşdırır. Burada hər beş dəqiqəlik xilasetmə işi üçün 8 min yen (təxminən 51 ABŞ dolları) ödəniş nəzərdə tutulur.
“Biz geniş ictimaiyyətdən mövsümdənkənar dövrdə dırmanışdan çəkinməyi xahiş edirik. Ümid edirik ki, bu tədbirlər insanları qışda Fuji dağına qalxmağın nə demək olduğunu düşünməyə vadar edəcək”, – Yamanaşi qubernatoru Kotaro Naqasaki bildirib.
Yamanaşi və Fuji dağının cənub yamacına nəzarət edən Şizuoka prefekturasının hakimiyyət orqanları mövsümdənkənar planlaşdırılmamış dırmanışların artdığını bildiriblər. Bəzi turistlərin dağda təhlükəli vəziyyətə düşdüyü və xilasetmə xidmətlərinin köməyinə ehtiyac duyduğu qeyd olunur.
Şizuoka prefekturası da qaydaları sərtləşdirməyi planlaşdırır. Mövsümdənkənar dırmanış planını əvvəlcədən qeydiyyatdan keçirməyən turistlər cərimələnə bilər. Həmçinin hakimiyyət orqanları bağlı cığırların istifadəsinə nəzarəti gücləndirəcək.
Bununla belə, Şizuoka hakimiyyəti vertolyotla xilasetmə xidmətlərinə görə ödəniş tətbiq ediləcəyini açıqlamayıb.
Hər il təxminən 200 min insan 3 776 metr hündürlüyü olan Fuji dağına qalxır. Rəsmi dırmanma mövsümündən kənar dövrdə isə hava və marşrut şəraiti əhəmiyyətli dərəcədə sərtləşir. Bu müddətdə dağdakı əksər sığınacaqlar və tualetlər də bağlı olur.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












