Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR

Ali Məhkəmə icarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması ilə bağlı hüquqi mövqe ifadə edib.
Bu barədə Avtosfer.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası son qərarlarından birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib. Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.
Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir: "Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir. Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.
Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir. Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulub, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.
Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil. Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə icarə obayektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi və icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir".
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












