Bu rayonlara qar yağır - FOTOLAR

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb.
Böyük Qafqaz sıra dağlarının şimal-qərb bölgəsindən keçən hissəsində, yüksək dağlıq ərazilərdə artıq bir neçə gündür qar yağması müşahidə olunur.
Noyabrın 8-dən 9-na keçən gecədən başlayaraq Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə, eləcə də Şəki rayonunun Oxud və Kiş kəndlərinin inzibati ərazilərinə qar yağıb.
Hazırda Sarıbaş kəndində qar örtüyünün qalınlığı 10 santimetri ötüb. Şəkinin Oxud və Kiş kəndlərində isə qarın qalınlığı 3-6 santimetr arasında dəyişir.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Havanın temperaturu düzənlik ərazilərdə müsbət 5, yüksək dağlıq ərazilərdə isə mənfi 4 dərəcəyədək enib.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA




















