Bu şəhərdə benzin qıtlığına görə kilometrlərlə növbə yarandı - VİDEO

Rusiyada aylardır davam edən yanacaq böhranı ölkənin ən böyük şəhərlərindən biri olan Sankt-Peterburqa da yayılıb. Şəhərdə bir çox yanacaqdoldurma məntəqəsində benzin qıtlığı yaşanır, bəzi məntəqələrin qarşısında isə kilometrlərlə uzanan avtomobil növbələri yaranıb.
Avtosfer.az xəbər verir ki, “Reuters”in yaydığı görüntülərdə sürücülərin yanacaq almaq üçün saatlarla növbədə gözlədiyi əks olunub.
Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində həm 92, həm də 95 oktanlı benzin tükənib, digərlərində isə satışa litr limiti qoyulub.
Yanacaq çatışmazlığının xüsusilə Sankt-Peterburq və Leninqrad vilayətində kəskinləşdiyi bildirilir. Böhranın əsas səbəblərindən biri kimi Ukraynanın Rusiyanın neft emalı zavodlarına və digər enerji obyektlərinə həyata keçirdiyi dron hücumları göstərilir.
Məlumata görə, bu hücumlar Rusiyada yanacaq istehsalının azalmasına və benzin qıtlığının daha da dərinləşməsinə səbəb olub. Leninqrad vilayətində yerləşən “Kinef” neft emalı zavodunun fəaliyyətini dayandırmasının da regiondakı çatışmazlığı artırdığı qeyd edilir.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko yanacaq böhranının davam edəcəyi təqdirdə avtomobillərin dövlət nömrə nişanlarının tək və ya cüt olmasına əsasən benzin satışının məhdudlaşdırıla biləcəyini açıqlayıb.
Regional administrasiya yanacağın müəyyən saatlarda və əvvəlcədən müəyyən edilmiş cədvəl üzrə satışını da nəzərdən keçirir.
Yanacaq böhranının Sankt-Peterburqla məhdudlaşmadığı bildirilir. Məlumata əsasən, avqust ayında Rusiyanın ən azı 10 regionunda benzin satışına məhdudiyyətlər yenidən tətbiq edilib. Son günlərdə isə yanacaq qıtlığının ölkənin daha çox bölgəsinə yayıldığı qeyd olunur.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












