Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq

Artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər.
Bu barədə Avtosfer.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Bonus həm fiziki "TələbəPlus" kartı həm də QR-ödənişləri zamanı keçərlidir.
Beləliklə, ilin sonunadək tələbələr "BakıKart" üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, "TələbəPlus" kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən "TəhsilPlus" kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. "TəhsilPlus" istifadəçiləri "City Card" və "BakıKart" üzrə QR-ödənişlərində 10% endirimdən yararlana bilirlər.
"TələbəPlus" kartı Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və "Visa" tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












