Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
"Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil".
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
"Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur. Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq".
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










