Bu torpaqlarda tikintiyə icazə veriləcək

Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalar ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və həddlər müəyyənləşdirilib".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib O bildirib ki, sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər.
"Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımdan vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırılır. Yeni qaydalara görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Bu qayda torpaqlardan birgə istifadəni stimullaşdıra bilər. Çünki, qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri də ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır.
Nazirlər Kabinetinin qərarınsa əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bütövlükdə, yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəlliyin artmasına səbəb olacaq".
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









