Bu xanıma yüksək vəzifə verildi - FOTO

Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) yeni rektor əvəzi təyin olunub.
Avtosfer.az xəbər verir ki,Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ADDA rektoru səlahiyyətlərinin icrası İradə Süleymanovaya həvalə olunub.
O, akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektorudur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məlumatı Ölkə.az-a təsdiqləyiblər.
“ADDA-nın fəaliyyətinə müvəqqəti rəhbərliyi İradə Süleymanova həyata keçirir”, - qurumdan bildirilib.
Qeyd edək ki, İradə Əli qızı Süleymanova əslən Qərbi Azərbaycandandır.
O, 2014-2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinə rəhbərlik edib. 2024-2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində işləyib.
Xatırladaq ki, ADDA-nın əvvəlki rektor əvəzi akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Eldar Qocayev idi.

Sürücülər buna görə 50 manat cərimə olunacaq - Yeni Qayda
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?












