Buzovnaya gedən avtobuslardan şikayət: "Dayanacaqda sərnişin götürmürlər" - VİDEO

Bakı şəhərində Koroğlu metrostansiyasından Buzovna qəsəbəsi istiqamətində hərəkət edən 150 nömrəli marşrutun avtobusu ilə bağlı sərnişin narazılığı yaranıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Sərnişinin sözlərinə görə, səhər saatlarında sözügedən marşrutun avtobusların sayının artırılmasına və ya marşruta daha böyük tutumlu avtobusların verilməsinə ehtiyac var.
Bildirilib ki, avtobusların dolu olması səbəbindən sakinlər məktəbə gecikirlər.
"İnanın, səhər dayanacaqlarda məktəbə, peşə məktəbinə və Aviasiya Akademiyasına gedən nə qədər tələbə və şagird qalır. Hər gün dərsə gecikirik. Bu gün saat 07:27-də Binə - Bolluq ərazisindən keçən 150 nömrəli marşrut avtobusu dolu olduğuna görə dayanacaqda sərnişin götürməyib: "Düzdür, taksilər var, amma qızlar və bəzi məktəb şagirdləri taksiyə minməyə çəkinirlər. Belə vəziyyət olmaz. Xahiş edirik, məsələ işıqlandırılsın və problemin həlli üçün tədbir görülsün".
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva açıqlamasında bildirib ki, sözügedən xətt üzrə avtobuslar 8-9 dəqiqəlik intervalla hərəkət edirlər.

"BakuBus" MMC-nin istismarında olan 150 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hazırda 15 avtobusla təmin edilir. "BakuBus" MMC-nin Onlayn Monitorinq Mərkəzi tərəfindən marşrut xətti üzrə sərnişin axını və tələbat mütəmadi olaraq izlənilir. Aparılan müşahidə və təhlillər əsasında avtobusların xəttə buraxılması sərnişin tələbatına uyğun şəkildə tənzimlənir. Son dövrdə xətt üzrə sərnişin axını təhlil edilib və mövcud tələbat nəzərə alınaraq yaxın günlərdə 150 nömrəli marşrut xətti üzrə avtobusların sayının artırılması nəzərdə tutulub. Bununla yanaşı, sərnişin axınının daha intensiv olduğu saatlarda mövcud imkanlar çərçivəsində iritutumlu avtobusların xəttə cəlb edilməsi təmin ediləcək", - deyə Ə.Əliyeva bildirib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












