Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ

Daha bir tiktoker sosial şəbəkədə yol verdiyi əxlaq pozuntusuna görə həbs edilib.
Avtosfer.az Lent.az, Ağstafa rayon sakini 34 yaşlı Məftun Xəlilov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "xabib_05" adlı səhifədə açdığı canlı yayımda qeyri-etik ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Bu əməlinə görə Məftun polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məftun ifadəsində bildirib ki, canlı yayım zamanı bir dostu ona yaxınlaşaraq, pul xırdalamasını istəyib. Bu zaman Məftun onunla söyüşlə zarafat edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə M. Xəlilov 6 gün müddətinə inzibati qaydada həbs edilib.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












