Cari ildə dövlət "Bakı Metropoliteni"nə nə qədər yardım edib?

2025-ci il ərzində "Bakı Metropoliteni" QSC müxtəlif maliyyə dəstəkləri və struktur dəyişiklikləri vasitəsilə fəaliyyətini gücləndirib.
Avtosfer.az QSC-yə istinadən xəbər verir ki, bu ilin fevralın 20-də şirkət Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244.8 milyon manat faizsiz kredit alıb. Bundan əlavə, hökumət əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, yeni vaqonların alınması və infrastrukturu inkişaf etdirmək məqsədilə şirkətə 73.63 milyon manat kapital vəsaiti ayırıb.
Həmçinin hökumət "Bakı Metropoliteni"nin zərərlərini kompensasiya etmək üçün quruma əlavə 42.662 milyon manat subsidiya verib və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən tarifləri 50 qəpikdən 60 qəpiyə qaldırıb.
Qeyd edək ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada 2014-cü il fevralın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580.638 milyon manat təşkil edir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












