Casusla səfirlik əməkdaşı Bakıda bu kafedə görüşüblər

Dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan Fransa vətəndaşı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün açıq keçirilən iclasda media və səfirlik nümayəndələri iştirak edib.
Proses başlanan kimi Martin Ryan hakimdən icazə alaraq əvvəlki iclasda Azad Məmmədlinin onun barəsində dediklərinə münasibət bildirib. Martin Azadın onu Fransa kəşfiyyatı ilə əlaqələndirməsini təkzib edib: “Mən biznes fəaliyyətimlə bağlı əməkdaş axtarırdım. Bu məqsədlə bəzi şəxslərlə tanış oldum, onlardan biri də Z.M. idi. O özü də istintaq vaxtı ifadə verib. Məsələn, işdə adı keçənlərdən biri də Ü.Ə-dir. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devosla mən tanış etmişəm. Sonradan öyrəndim ki, Devos Fransa kəşfiyyatına bağlı şəxsdir və kifayət qədər təhlükəlidir. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib”.
Martin Ryanın bu açıqlamalarına Azad Məmmədli sərt reaksiya verib və tərəflər arasında qarşılıqlı ittihamlar səslənib. Azad deyib ki, Martin yalnız Azərbaycan deyil, digər ölkə vətəndaşlarını da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib: “Martin neft-qaz sektorunda fəaliyyət göstərən şəxslərlə bağlı məlumatlar toplayırdı. Əsas hədəfi isə Böyük Britaniya ilə əməkdaşlıq edən yerli mütəxəssislər idi. O, bəzi Azərbaycan vətəndaşlarını və bir xarici vətəndaşı Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib. Fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bizim vətəndaşların məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına ötürürdü”.
Prosesin davamında Martin Ryanın istintaq zamanı verdiyi ilkin ifadəsinin elanına başlanılıb. Fransalı ibtidai istintaq zamanı da özünü təqsirli bilib və məhkəmədə verdiyi açıqlamalara bənzər danışıb.
İş materiallarına Martin Ryanla Fransa səfirliyinin əməkdaşı Frederik Devosun birgə fotoları da əlavə olunub. Onlar əsasən Bakıdakı “Araz” kafesində görüşüblər.
Proses iyulun 21-də istintaq ifadələrinin elanı ilə davam edəcək.
Qeyd edək ki, hər iki şəxs 18 ay əvvəl DTX tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmədə məlum olub ki, DTX onların fəaliyyətini uzun müddət nəzarətdə saxlayıb.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










