Casusluqda ittiham edilən Fransa vətəndaşının məhkəməsinə şahidlər məcburi gətiriləcək

Fransa dövlətinə casusluq etməkdə şübhəli bilinən Martin Ryan və dövlətə xəyanət maddəsi ilə ittiham olunan Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə növbəti məhkəmə dinləməsi baş tutub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda prokuror iş materiallarında adı hallanan, lakin prosesdə iştirak etməyən şahidlərin məhkəməyə çağırılmasını xahiş edib.
Dövlət ittihamçısı vurğulayıb ki, həmin şəxslərin dindirilməsi işin gedişatı üçün mühüm əhəmiyyət daşıyır.
Müdafiəçilər bu vəsatətə qarşı çıxmayıblar.
Məhkəmə heyəti qaldırılan vəsatəti təmin edib və şahid ifadələrinin alınması məqsədilə növbəti iclas mart ayının 16-na təyin edilib.
İttiham aktında qeyd olunur ki, Martin Ryanın fəaliyyətinə dair bir sıra əsaslı şübhələr mövcuddur. Buraya Azərbaycan Respublikasında istehsal olunan hərbi təyinatlı məhsullar, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun komplektləşdirilməsi, hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış hərbçilərin, eləcə də xaricdə fransız dilində təhsil almış şəxslərin əməkdaşlığa cəlb edilməsi imkanları daxildir. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və şirkətləri, Fransa xüsusi xidmət orqanlarının tapşırığı əsasında Azərbaycan vasitəsilə üçüncü ölkələrə gizli maliyyə vəsaitlərinin köçürülməsi yolları, Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Çin, İsrail, Mərkəzi Asiya ölkələri və digər dövlətlərlə Azərbaycan arasındakı əlaqələr, hərbi əməkdaşlıq planları və ölkəyə gətirilən silah-sursat haqqında məlumatların toplanması barədə tapşırıqlar alması da ittihamda yer alıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabr ayının 4-də saxlanılıblar. DTX tərəfindən "Merkorama" MMC-nin rəhbəri Martin Ryana qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama əsasən, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb etmiş və sonradan Bakıdan "persona non-grata" elan edilərək çıxarılmış Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) əməkdaşları tərəfindən agent qismində istifadə olunub. Sözügedən cinayət işi çərçivəsində Martin Ryanla bərabər, Azərbaycan vətəndaşı Azad Məmmədliyə də Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












