Cəbrayıla növbəti köç karvanı yola salındı - YENİLƏNİB

İyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 166 nəfərdən ibarət 44 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
***09:07
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Avtosfer.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












