“Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator əsaslı təmirə dayandırılıb”

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.
Onun sözlərinə görə, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq: “Hərəkət təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq. Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək”.
Şaban İmkani, həmçinin bildirib ki, “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında daha bir eskalator 2025-ci ilin planı üzrə əsaslı təmirə dayandırılıb: “Əraziyə lazımi materiallar, ehtiyat hissələri, tərtibat və alətlər gətirilib, məsul şəxslər və aidiyyəti işçilər təlimatlandırılıb. İlk mərhələdə eskalatorun lent zolağının sürahi elementləri və pillələr demontaj olunacaq, dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılacaq. Qovşaq, hissə və elementlər təftiş üçün təmir sahəsinə göndəriləcək. Diaqnostika və normativ müayinələr əsasında yararsız hissələr müvafiq ölçü və standartlar üzrə yenilənəcək, təmirə yararlılar isə bərpa olunacaq. Təmir işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur. Yenidən yığılan eskalator diaqnostik yoxlamadan keçiriləcək, müvafiq tələb və standartlara uyğunluğu qiymətləndirildikdən sonra istismara qəbul ediləcək. Qeyd edək ki, normativlərə əsasən “ET-5M” tipli eskalator 150 min km-dən çox məsafə qət etdikdən sonra tam təmirə aparılmalıdır. “Cəfər Cabbarlı” stansiyasında eyni səbəblə ötən il daha bir eskalator əsaslı təmir olunub”.
Qeyd edək ki, Bakı metropolitenində 2-si qadın olmaqla, hazırda 243 qatar maşinisti çalışır.
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO










