Cəlilabadda arxeoloji qazıntı zamanı qədim dövrlərə aid qurğular tapılıb - FOTO

Cəlilabadda, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.
"Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası"nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib.
Tapıntıların Son Tunc-İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur.
Qazıntı işləri davam etdirilir. Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı daha geniş məlumat verə biləcək yeni nümunələrin aşkar olunacağı gözlənilir.

Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












