Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi - FOTO

Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynlinin adı Cəlilabadın Alar kəndində küçəyə verilib.
Avtosfer.az xəbər verir ki, artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub. Küçənin uzunluğu təxminən 3 kilometrdir.
Qeyd edək ki, Ə. Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. O Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.
Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
Vətən müharibəsi zamanı Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına Əsasən “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalalrı ilə təltif edilib./unikial
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












