Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO

Xəbərlər 30 Avqust 2026 13:51
Ceyranbatanda evlər niyə boş qalıb?  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Ceyranbatan qəsəbəsində yeni salınan yaşayış massivinin sakinləri kommunal problemlərlə üzləşiblər. Ərazidən su və qaz kəmərləri keçsə də, evlərin bir hissəsində bu xidmətlərdən istifadə etmək mümkün deyil.

Avtosfer.az AzTV-ə istinadla xəbər verir ki, massivdə təxminən 60 ev tikilib. Lakin kommunal şəraitin olmaması səbəbindən evlərin böyük əksəriyyəti boş qalıb. Sakinlərin sözlərinə görə, bəzi ailələr məcburiyyət qarşısında qalaraq şəhərin digər ərazilərində kirayə evlərə köçüblər.

Sakinlər bildirirlər ki, xüsusilə su və qazın olmaması onların əlavə xərc çəkməsinə səbəb olur. İçməli suya olan tələbatı qarşılamaq üçün su maşınlarından istifadə edən sakinlər bunun üçün hər dəfə 150-200 manat ödədiklərini deyirlər.

Onların sözlərinə görə, gətirilən su da içməli deyil, texniki sudur. Qaz təchizatının olmaması isə sakinləri balon qazından istifadə etməyə məcbur edir.

"Qazımız, suyumuz yoxdur. Çox əziyyət çəkirik. Hər ay 300-350 manat işığa pul verirəm. Ailəm böyükdür. Sudan korluq çəkirik, maşınla su alırıq", - sakinlərdən biri söyləyib.

Digər sakin isə qaz balonlarına çəkdiyi xərclərdən danışıb:

"Balaca, 27 litrlik balona 30 manat verirəm. Böyük balona isə 40 manat ödəyirəm. Beləliklə, hər ay yalnız qaza 60-70 manat xərcim çıxır..

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yaxın vaxtlarda ərazidə içməli su şəbəkəsinin qurulması planlaşdırılır.

"Azəriqaz" İstehsalat Birliyindən isə qeyd olunub ki, maliyyə imkanlarından asılı olaraq ərazilərin qazlaşdırılması məsələsinə mərhələli şəkildə baxılır.

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh