"ChatGPT-ni silin" çağırışı başladı: Səbəbi

Sosial mediada ChatGPT boykotuna başlanılıb. Milyonlarla istifadəçi ChatGPT-ni silir və alternativ tətbiqləri yükləyir. Avtosfer.az xəbər verir ki, dünyanın ən populyar süni intellekt tətbiqi olan ChatGPT boykot edilir.
"ChatGPT-ni silin" boykotu sosial mediada milyonlarla insana çatıb.
"ChatGPT-ni silin" heşteqi ilə paylaşımlar istifadəçiləri səfərbər edib.
Diqqət onun təsisçisi olan OpenAI-yə yönəldilib və detallar ortaya çıxıb.
OpenAI-ın baş direktoru Sem Altman ABŞ Hərbi Nazirliyi (Pentaqon) ilə nazirliyin gizli şəbəkəsinə texnologiya təmin etmək üçün
müqavilə imzaladığı barədə açıqlaması geniş ictimai reaksiyaya səbəb oldu.
Tənqidlər artdıqca dünyanın hər yerindən minlərlə ChatGPT istifadəçisi sosial mediada abunəliklərini ləğv etdiklərini elan etdi.
Pop musiqi ulduzu Keti Perri də X platformasında "ChatGPT-dən imtina etdiyini" bildirdi və Claude-a abunə olduğunu göstərən ekran görüntüsünü paylaşdı.
Baş direktor Sem Altman tənqidlərə müqavilədə silahları və kütləvi nəzarəti qadağan edən ciddi təhlükəsizlik bəndlərinin olduğunu bildirsə də cavab təsirli olmayıb.
İstifadəçilər Anthropic tərəfindən hazırlanmış süni intellekt tətbiqi olan Claude-a keçdiklərini elan etdilər.(medicina)
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş












