Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO

Çindən avtomobil gətirmək çətinləşə bilər. Yeni qaydalara əsasən, Çində istehsal olunan avtomobillərin ixracı üçün istehsalçının icazəsi tələb olunacaq. 2027-ci ildən etibarən isə Çindən avtomobil almaq istəyən ölkədə servis xidmətinin və ehtiyat hissələrinin təminatı imkanları təsdiqlənməlidir.
Avtosfer.az İctimai TV-yə istinadən xəbər verir ki, avtomobil seçərkən alıcılar üçün qiymətlə yanaşı, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin mövcudluğu da mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin sözlərinə görə, ölkədə yağan güclü yağışlardan sonra bəzi Çin avtomobillərində batareyalarla bağlı problemlərin ortaya çıxması alıcıların bu avtomobillərə marağına təsir göstərib. Hazırda Çin avtomobillərinin idxalı da əvvəlki aylarla müqayisədə xeyli azalıb.
Bəs, yeni qaydalar Azərbaycanda Çin avtomobillərinin satışına necə təsir göstərə bilər?
Mütəxəssislər hesab edirlər ki, Çin hökumətinin bu addımı həm sahibkarların maraqlarının qorunması, həm də istehlakçıların hüquqlarının müdafiəsi baxımından müsbət nəticələr verə bilər.
Belə ki, bəzi alıcılar mənşəyi dəqiq bilinməyən, rəsmi nümayəndəliyi və istehsalçı zəmanəti olmayan avtomobillər alırdılar. Sonradan həmin avtomobillərdə problem yarandıqda isə məsul tərəfi müəyyənləşdirmək çətin olurdu.
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB












