Cümşüd Məmmədov Laçında dəfn olunacaq - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cümşüd Məmmədov dəfn edilib.
Avtosfer.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Laçın şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***10:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş və sonradan nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilmiş Məmmədov Cümşüd Həsənxan oğlu 21 avqust 2026-cı il tarixində Laçın şəhərində dəfn olunacaq.
Avtosfer.az xəbər verir ki, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb.
Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları müəyyənləşdirilib və şəhidin ailəsinə təhvil verilib.
Şəhid Cümşüd Məmmədovun dəfn mərasimi 21 avqust saat 13:00-da Laçın şəhəri Şəhidlər Xiyabanında keçiriləcək.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












