Dağıstanda benzin satışına limit qoyuldu

Dağıstan rəhbərliyi süni yanacaq qıtlığının yaranmasına imkan verməmək məqsədilə bir nəfərə benzin satışına 20 litrlik limit tətbiq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının Energetika və Tariflər Nazirliyi açıqlama yayıb.
"Vətəndaşların müraciətlərinin çoxalması və ajiotajlı tələbatın artması fonunda respublikanın Energetika Nazirliyi mövcud vəziyyətə aydınlıq gətirir. Yanacağın buraxılışına qoyulan müvəqqəti məhdudiyyətlər (bir nəfərə 20 litrə qədər benzin və 50 litrə qədər dizel) yalnız əldə olan ehtiyatların bütün istehlakçılar arasında bərabər şəkildə bölüşdürülməsi üçün nəzərdə tutulub", - deyə bəyanatda bildirilir.
Vurğulanır ki, bu addım süni kəsirin qarşısını almağa kömək edir və təcili yardım xidmətləri, sosial nəqliyyat və kənd təsərrüfatı istehsalçıları da daxil olmaqla, əhalinin bütün təbəqələri üçün yanacağın əlçatanlığına zəmanət verir.
"Vətəndaşları kanistr və digər qablardan istifadə edərək yanacaq almaq cəhdlərindən çəkinməyə çağırırıq. Belə hərəkətlər yanacaqdoldurma məntəqələrində əlavə yüklənmə yaradır, ajiotaja səbəb olur və vəziyyəti daha da qəlizləşdirə bilər. Real ehtiyaca uyğun olaraq - yalnız cari səfərlər üçün yetərli həcmdə yanacaq doldurulması məsləhət görülür", - deyə qurumdan əlavə edilib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












