DDLA-da BƏT nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri ilə görüş olub. Görüşdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin beynəlxalq əmək standartları və əmək hüququ üzrə mütəxəssisi Karlos Qarsiya Quzman və təşkilatın Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev iştirak ediblər. Müzakirələrə onlayn formatda qurumun Dəniz əməyi üzrə bölməsinin rəhbəri xanım Beatriz Vakotto da qoşulub.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycanın BƏT-in 2006-cı il tarixli “Dənizdə Əməyə dair Konvensiya”sına (MLC) qoşulması istiqamətində atılan addımlar müsbət qiymətləndirilib. Ölkəmizə hüquqi bazanın təhlili, gəmilərin nəzarətini həyata keçirən müfəttişlərin təlimi, eləcə də sosial tərəfdaşların maarifləndirilməsi istiqamətində hüquqi-texniki dəstəyin göstərilməsi imkanları nəzərdən keçirilib.
Qonaqlara Agentliyin fəaliyyəti, azərbaycanlı dənizçilər, mövcud donanma və müvafiq sahə üzrə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin MLC-yə qoşulma istiqamətində digər ölkələrin təcrübələri və konvensiyaya edilən son dəyişikliklər diqqətə çatdırılıb və müvafiq tövsiyələr səsləndirilib.
Görüşdə dənizçilərin sosial rifahı və iş şəraitinin yaxşılaşdırılması, gəmilərin tərk edilməsi halları zamanı onların müdafiəsi, dövlət bayraq və liman nəzarəti yoxlamaları, Azərbaycanın dünya əmək bazarı üçün ixtisaslı dənizçilər hazırlaması barədə da fikir mübadiləsi aparılıb.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












