DDLA-da İradə Astanova ilə görüş keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində Azərbaycan bayrağı altında üzən gəmilərdə motorçu vəzifəsində çalışan İradə Astanova ilə görüş keçirilib. O, fevralın 5-də Agentlikdə növbətçi mexanik ixtisası üzrə təşkil edilən imtahanda 97 bal toplayaraq ölkəmizdə komandir heyətinə daxil olmaq hüququ qazanan ilk qadın dənizçi kimi tarixə düşüb.
Avtosfer.az xəbər verir ki, görüş iştirakçıları İradə Astanovanı göstərdiyi yüksək nəticəyə görə təbrik edib, ona gələcək fəaliyyətində yüksək nailiyyətlər arzulayıblar. Qadının çətin və məsuliyyətli dənizçi peşəsinə üstünlük verməsi yüksək qiymətləndirilib.
İradə Astanova dənizçi peşəsini öz istəyi ilə seçdiyini qeyd edib. Vurğulayıb ki, gəmidə işləmək insanı həm fiziki, həm də psixoloji cəhətdən sınağa çəkir. Bu sahədə çalışmaq üçün güclü olmaq və özünə inanmaq vacibdir.
Sonda dənizçiyə növbətçi mexanik ixtisası üzrə əldə etdiyi sertifikat təqdim olunub.
Məlumat üçün bildirək ki, İradə Astanova Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. O, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alıb. 

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












