DDLA-da Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə DDLA-nın fəaliyyətinə dair təqdimat nümayiş olunub. Qurumun keçdiyi inkişaf yoluna nəzər salınıb. Həmçinin son illər ərzində dənizçilərin sertifikatlaşdırılması istiqamətində həyata keçirilən islahatlardan bəhs olunub.
Agentliyin İdarə heyəti sədrinin müavini Eldar Məcidov ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair bağlanmış Anlaşma Memorandumunu xatırladıb. Qeyd edib ki, sözügedən sənəd hər iki ölkənin dənizçiləri üçün olduqca əhəmiyyətlidir.
Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsinin Dənizçilərlə iş departamentinin direktoru Osama Almehmadi görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. Nümayəndə heyəti dənizçilərin sertifikatlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlığı, o cümlədən müvafiq sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Görüşdə DDLA-nın dənizçi sənədlərinin rəqəmsal idarə olunması üçün istifadəyə verdiyi “My Cabinet” platforması, vahid informasiya sistemi, dəniz nəqliyyatı sahəsində kadr potensialının gücləndirilməsi, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Sonda Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Agentliyin inzibati binasında dənizçilər üçün yaradılan beynəlxalq standartlara uyğun imtahan proqramı və müasir texniki avadanlıqlarla təchiz edilən imtahan zalı ilə tanış olub.


.jpg)

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












