DDLA-da təşkil olunan imtahanlarda iştirak edənlərin NƏZƏRİNƏ!

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) təşkil olunan imtahanların keçirilmə qaydaları ilə bağlı namizədlər üçün tələblər Agentliyin 10 fevral 2025-ci il tarixli 3-27-106/3-2-35/2025 nömrəli Əmri ilə təsdiqlənmiş “Yaddaş vərəqi”ndə qeyd olunub.
“Yaddaş vərəqi” Agentliyin rəsmi veb-saytında Təlimatlar bölməsində yerləşdirilib (https://ddla.gov.az/inst/instruction1.html).
Avtosfer.az xəbər verir ki, cari ilin 05 avqust tarixindən etibarən imtahan iştirakçılarının Agentliyin inzibati binasına mobil telefon, digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcıları, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçaları, cədvəllər, vərəqlər və digər yardımçı vasitələrlə, həmçinin yandırıcı, partlayıcı, kəsici, deşici və digər təhlükəli əşyalarla daxil olması qəti qadağandır.
Namizədlərin bilik və bacarıqlarının dürüst qiymətləndirilməsini təmin etmək məqsədilə qəbul edilmiş bu qərar imtahan prosesində təhlükəsizlik, şəffaflıq və obyektivliyin yüksək səviyyədə qorunmasına xidmət edir. DDLA-da təşkil olunan imtahanlarda iştirak edən bütün namizədlərdən müəyyənləşdirilmiş prosedur və qaydalara ciddi şəkildə riayət etmələri xahiş olunur.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












