DDLA-da “Türk Loydu” Təsnifat Cəmiyyətinin nümayəndələri ilə görüş keçirildi

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) “Türk Loydu” Təsnifat Cəmiyyətinin rəhbər heyəti ilə görüş təşkil olunub.
Avtosfer.az xəbər verir ki, DDLA-nın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov dəniz nəqliyyatı sahəsində tənzimləyici orqan olaraq DDLA tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşdə “Türk Loydu” Təsnifat Cəmiyyəti ilə əməkdaşlığın inkişafı, gəmilərə texniki nəzarətin səmərəli təşkili və sertifikatlaşma sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb. Təsnifat Cəmiyyəti tərəfindən gələcəkdə DDLA-da müvafiq sahə üzrə təlimlərin təşkili imkanları da müzakirə edilib.
“Türk Loydu” Təsnifat Cəmiyyətinin İdarə Heyətinin sədri Oral Ərdoğan Türkiyədə gəmilərdə həyata keçirilən təsnifat yoxlamalarının vaxtında və yüksək keyfiyyətlə aparılması, eləcə də DDLA ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli təşkili məqsədilə Bakıda nümayəndəlik açılmasının planlaşdırıldığını deyib. Bu təşəbbüs DDLA tərəfindən müsbət qarşılanıb və dəstək bildirilib.
Müzakirələr zamanı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə inam ifadə edilib və bu görüş əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilib.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












