DDLA-da “Açıq qapı” günü keçirilib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) dənizçilər üçün təşkil olunan “Açıq qapı” günündə qurumun rəhbər heyəti iştirak edib. Avtosfer.az xəbər verir ki, tədbirdə Agentliyin son illərdə həyata keçirdiyi və növbəti il ərzində planlaşdırdığı islahatlar və yeniliklər barədə iştirakçılara ətraflı məlumat verilib. Ünvanlanan suallara cavab olaraq qeyd edilib ki, dənizçilərə sertifikatların (diplomların), həmçinin xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi ilə bağlı Agentlikdə keçirilən imtahan sualları Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının tövsiyələri nəzərə alınmaqla vəzifələr, səviyyələr və funksiyalar üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanıb. Suallar Agentliyin müvafiq Əmri ilə yaradılmış Komissiya tərəfindən yoxlanılaraq imtahan proqramına daxil edilir. Eyni zamanda yaxın gələcəkdə dənizçilik təhsil müəssisəsində dənizçilik ixtisasları üzrə proqramlara yenidən baxılacaq. Beynəlxalq və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla ixtisas fənlərinə ayrılan tədris saatlarının miqdarı artırılacaq. Həmçinin bildirilib ki, dənizçilərin məmnunluğunun daha da artırılması üçün növbəti ildə də bir sıra yeniliklər həyata keçiriləcək. Belə ki, dənizçinin şəxsi kabinetinin yaradılması, bəzi xüsusi hazırlıq proqramları əsasında onlayn təlimlərin təşkili, dənizçilərə verilən sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin elektron formada şəxsi kabinetdə yerləşdirilməsi kimi tədbirlər nəzərdə tutulur.
Qeyd olunub ki, müvafiq sahəni tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınmaqla dənizçilərin təhsili, təlimi və sertifikatlaşdırılması ilə bağlı islahatların mərhələli şəkildə icrası yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












