DDLA daha bir yeniliyə imza atdı

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) həyata keçirilən islahatların davamı olaraq dənizçilərə sertifikatların (diplomların) verilməsi prosesinin sadələşdirilməsi istiqamətində daha bir yeniliyə imza atılıb.
Avtosfer.az xəbər verir ki, gəmilərin komandir heyəti üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi prosesi cari ilin 14 aprel tarixindən etibarən “Bakı KOB evi”ndə aparılacaq.
Komandir heyəti üzvlərindən sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üçün aşağıdakı sənədlər tələb olunur.
– şəxsiyyəti təsdiq edən sənəd;
– təhsil diplomu;
– sertifikat (diplom) (əgər varsa);
– vəzifə üzrə tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;
– Agentlik tərəfindən tanınan tibb müəssisələri tərəfindən verilmiş “Dənizçinin tibb sertifikatı”;
– üzmə haqqında arayış və ya təcrübə jurnalı;
– dənizçinin qeyd kitabçası (əgər varsa);
– ümumvətəndaş pasportu və ya dövlət sərhədindən hərəkəti barədə sənəd (ehtiyac olarsa);
– 3x4 sm ölçüdə, ağ fonda, 4 ədəd rəngli fotoşəkil;
– dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
Qeyd edək ki, imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərə müvafiq sertifikatlar (diplomlar) imtahanın keçirildiyi tarixdən etibarən beş iş günü ərzində hazırlanaraq təqdim olunacaq.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən 2024-cü ilin 19 avqust tarixindən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin, 30 sentyabr tarixindən isə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) verilməsi və yenilənməsi üzrə sənəd qəbulu, cari ilin 3 mart tarixindən isə təlimlərdə iştirak etmədən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üçün sənəd qəbulu, həmçinin hazır sənədlərin təhvil verilməsi prosesi “Bakı KOB evi”ndə həyata keçirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












