DDLA dənizçilər üçün onlayn təlim imkanı yaratdı - FOTO

Beynəlxalq Dəniz Təşkilatının (BDT) MSC.560(108) nömrəli qətnaməsi rəhbər tutulmaqla, Beynəlxalq Məcəllənin müvafiq cədvəlinə yeni tələb əlavə edilib.
Avtosfer.az xəbər verir ki, sözügedən tələb “Zorakılıq və qısnama hallarının, o cümlədən seksual qısnama, bullinq və seksual hücum hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək” mövzusunu əhatə edir.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) həyata keçirdiyi yeniliyə əsasən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğun hissə üzrə biliklərini onlayn formatda artırmaq imkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni istifadəyə verdiyi “My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlər bölməsi”ndə müvafiq proqramda iştirak edə və təlimi uğurla başa vurduqdan sonra iştirakla bağlı elektron sertifikat əldə edə bilərlər. Həmin sənəd əsasında “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanla yeniləmək imkanı yaranacaq.
Bu hazırlıq üzrə ilk dəfə təlim keçən şəxslər isə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyi təlim-tədris mərkəzlərində təşkil olunan əyani təlimlərdə iştirak etməlidirlər.
Məlumat üçün bildirək ki, cari il ərzində beynəlxalq tələblərə uyğun dənizçilərin bilik və bacarıqlarının artırılması üçün yeni təlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi nəzərdə tutulur.
Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və rəqəmsal formada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili və beynəlxalq sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə, dəniz mühitində sağlam və təhlükəsiz iş şəraitinin formalaşdırılmasına, eyni zamanda dənizçilik sektorunda idarəetmənin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, istifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












