DDLA dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslərlə çıxış edib - FOTO

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitəsinin on birinci sessiyasında müzakirə edilən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrə mövcud boşluqların aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.
Avtosfer.az xəbər verir ki, beynəlxalq səviyyədə irəli sürülən bu təşəbbüslər çərçivəsində 3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇ Məcəlləsinə dəyişikliklər olunmasına dair layihə təklifləri hazırlanıb. DDLA-nın təqdim etdiyi həmin təkliflər aşağıdakı istiqamətlər üzrədir:
-
385-ci boşluq – gəmilərdə təlim keçən müdavimlərlə (kursantlar) bağlı tələblərə dəyişiklik edilməsi;
-
56-cı boşluq – “İxtisaslı şəxs” anlayışına dair ixtisas meyarlarına dəyişiklik edilməsi;
-
165-ci boşluq – III/1 qaydanın tələbləri çərçivəsində təsdiq edilmiş dəniz xidmətinin müəyyən hallarda simulyator hazırlığı kimi alternativ tədbirlərlə əvəzlənməsinə imkan verən yeni bəndlərin əlavə olunması ilə bağlı dəyişikliklərin edilməsi.
Layihələr Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunaraq İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı ildə növbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq rəsmi təkliflər siyahısına daxil edilib və “IMODOCS” rəsmi səhifəsində yerləşdirilib.
Sözügedən təşəbbüs Azərbaycanın dəniz nəqliyyatı sahəsində beynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin bu sahədə normativ və institusional potensialının artdığını bir daha nümayiş etdirir.
DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarının təkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunması istiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












