DDLA “Dənizdə xidmət haqqında arayış” formasını təsdiqlədi - FOTO

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçilərin sertifikatlaşdırılması prosesinin daha şəffaf, səmərəli və beynəlxalq tələblərə uyğun təşkil edilməsi istiqamətində növbəti addım atıb.
Avtosfer.az xəbər verir ki, sertifikatlar (diplomlar) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyasının (DHDNÇ) iş stajı, yaş, sağlamlıq vəziyyəti, hazırlıq, ixtisas və imtahanla bağlı tələblərinə uyğun olan namizədlərə verilir.
DHDNÇ Konvensiyasının dənizçilərin üzmə stajına dair tələblərinin icrasının təmin edilməsi məqsədilə dənizdə xidmət haqqında yeni elektron arayış forması (https://ddla.gov.az/inst/instruction12.html) DDLA-nın müvafiq Əmri ilə təsdiqlənib.
Arayış forması 2026-cı ilin 1 yanvar tarixindən etibarən Azərbaycanın bayrağı altında üzən gəmilərin heyət üzvlərinin dənizdə üzmə stajının rəsmiləşdirilməsi və qeydiyyatının aparılması üçün tətbiq olunacaq. Bu məqsədlə təsdiqlənmiş elektron forma sirkulyar məktub vasitəsilə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərə göndərilib.
Yeni elektron arayış forması dənizçilərin staj məlumatlarının daha dəqiq, operativ və beynəlxalq standartlara tam uyğun şəkildə rəsmiləşdirilməsini təmin edəcək.

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












