DDLA ilə “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında saziş imzalanıb - FOTO

Dövlət Dəniz və Liman Agentliyi yeni təsnifat cəmiyyətinə səlahiyyət verib.
Avtosfer.az xəbər verir ki, Agentliklə Yunanıstanın “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata keçirilməsinin tənzimlənməsi haqqında” saziş imzalanıb.
Sənədə əsasən, “Libero Hellenic Register” Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək.
İmzalanan saziş ölkəmizin təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib.
Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə https://ddla.gov.az/tesnifat keçid edərək tanış ola bilərlər.

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












