DDLA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olundu

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 2-ci növbədənkənar sessiyasında ölkəmizi təmsil edib.
Avtosfer.az xəbər verir ki, tədbirdə İdarə heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak ediblər.
Sessiya zamanı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın VI əlavəsinə təklif olunan dəyişikliklər, BDT-nin “Xalis sıfır çərçivəsi”, işçi qrupların hesabatları və iş planları müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Tədbir çərçivəsində “Xalis sıfır çərçivəsi”nin qəbulu ilə bağlı müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması barədə razılıq əldə olunub. Bu müddət ərzində üzv dövlətlər BDT-nin “Xalis sıfır çərçivəsi” üzrə konsensus istiqamətində işləməyə davam edəcəklər.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyanın vacibliyini vurğulayaraq gəmilərdən atılan istixana qazları emissiyalarının azaldılması istiqamətində komitə tərəfindən qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd layihəsinin yenidən işlənməsi məqsədilə müzakirələrin davam etdirilməsinin bir il müddətinə təxirə salınması əhəmiyyətli addım hesab olunur.
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












