DDLA “My Cabinet” platformasını istifadəyə verdi - FOTO

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin daha şəffaf, operativ və müasir tələblərə uyğun şəkildə yoxlanılması və izlənilməsi məqsədilə rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Bu çərçivədə “My Cabinet” adlı vahid rəqəmsal platforma istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, yeni rəqəmsal platforma vasitəsilə dənizçilər sənədlərini vahid mərkəzdən rahatlıqla izləyə biləcəklər. Sistem dənizçilərin sertifikatlarının (diplomlarının), xüsusi hazırlıq şəhadətnamələrinin statusunu, həmin sənədlərin elektron formalarını, dənizçilər üçün təşkil olunacaq təlimləri, onlayn müraciətlərin göndərilməsi və cavabların alınmasını, eləcə də müxtəlif məlumat və maarifləndirici xarakterli bildirişlərin əldə olunmasını təmin edir.
Bundan əlavə, yaxın vaxtlarda DDLA-da keçirilən bütün imtahanların nəticələrinin də “My Cabinet” platforması üzərindən təqdim edilməsi nəzərdə tutulur. Bu yenilik sənədlərin etibarlılığının operativ və şəffaf şəkildə yoxlanılmasına imkan yaradacaq, eyni zamanda saxtalaşdırma hallarının minimuma endirilməsində mühüm rol oynayacaq.
DDLA tərəfindən həyata keçirilən bu təşəbbüs dənizçilik sahəsində rəqəmsal transformasiyanın genişləndirilməsinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və istifadəçi məmnuniyyətinin artırılmasına yönəlib.
İstifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki (https://seafarer.ddla.gov.az) vasitəsilə daxil ola bilərlər.

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












