DDLA-nın əməkdaşı beynəlxalq tədbirdə ölkəmizi təmsil edib - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndəsi, Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyev Paris şəhərində Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın (IALA) Şurasının 4-cü sessiyasında ölkəmizi təmsil edib.
Avtosfer.az xəbər verir ki, sessiyada beynəlxalq dəniz naviqasiyası, dəniz üzgüçülüyünün təhlükəsizliyi, naviqasiya avadanlıqlarının inkişafı, müvafiq sahə üzrə rəqəmsal texnologiyaların tətbiqi, “IALA”nın fəaliyyət istiqamətləri, habelə üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə çıxış edən Agentliyin nümayəndəsi Məzahir Niftiyev Azərbaycanın “IALA” ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Diqqətə çatdırıb ki, ölkəmiz dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz ətraf mühitinin mühafizəsinin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir. Azərbaycanda dənizçilik zəngin ənənələrə və tarixə malikdir. Hazırda dəniz nəqliyyatı sahəsində infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyta keçirilir.
Sessiyada təcrübə mübadiləsinin genişləndirilməsi, texniki əməkdaşlığın gücləndirilməsi və müasir naviqasiya texnologiyalarının tətbiqinin qlobal dəniz nəqliyyatının təhlükəsiz və dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Beynəlxalq tədbir çərçivəsində Agentliyin nümayəndəsi Məzahir Niftiyev bir sıra görüşlər də keçirib. “IALA”nın prezidenti Marcos Almeida, baş katibi Francis Zachariae ilə görüşlərdə gəmi hərəkətinin idarə olunması sahəsində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
.jpg)
.jpg)
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












