DDLA-nın əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər - FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) təşkil etdiyi “Dəniz auditorları üçün ümumi əsas tədris proqramı kursu” adlı beynəlxalq təlim proqramında iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, beş gün davam edən təlim proqramı dəniz nəqliyyatı sahəsində audit fəaliyyəti üzrə vahid metodoloji yanaşmanın formalaşdırılması məqsədi daşıyıb.
Beynəlxalq təlim çərçivəsində audit prinsipləri üzrə ISO standartının tətbiqi, təsnifat cəmiyyətlərinin audit mexanizmləri, həmçinin Gəmi və Liman Vasitələrinin Mühafizəsi, Əmniyyətli İdarəetmə haqqında beynəlxalq məcəllələrin tələblərinə uyğun olaraq həyata keçirilən auditlər barədə fikir mübadiləsi aparılıb.
Sonda Agentliyin nümayəndələri proqramı uğurla başa vuraraq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, təlimdə Agentliyin Təsnifat Cəmiyyətləri ilə iş şöbəsinin müdiri İbrahim Salmanov, Gəmi qeydiyyatı və sənədləri şöbəsinin müdiri Cavidan Qasımlı və Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Pərviz Abbasov iştirak edib.


Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












