DDLA-nın nümayəndə heyəti BDT-də iştirak edib - FOTO

Azərbaycan Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) mənzil-qərargahında keçirilən Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov və İnsan resursları departamentinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərmin Nəbiyeva iştirak ediblər.
Sessiyada BDT-nin Baş katibi Arsenio Dominguez və üzv dövlətlərin nümayəndələri Azov dənizində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Dənizçilərin bu və ya digər şəkildə hədəfə alınmaması ilə bağlı çağırış edilib, onların dünya ticarətinin təmin olunmasındakı mühüm rolundan danışılıb.
Müzakirələr zamanı texniki əməkdaşlıq fəaliyyətinin nəticələri nəzərdən keçirilib və növbəti illər üzrə prioritet istiqamətlərin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Üzv dövlətlərdə kadr potensialının gücləndirilməsi, rəqəmsal transformasiya, dənizçilərin peşə hazırlığı, gəmi göyərtəsində təlim proqramları, axtarış-xilasetmə sistemlərinin təkmilləşdirilməsi və texniki yardım mexanizmlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Sessiyada BDT-nin Texniki Əməkdaşlıq Portalının inkişafı, audit nəticələrinə əsaslanan texniki yardım fəaliyyətlərinin genişləndirilməsi və üzv dövlətlər üçün məqsədyönlü dəstəyin gücləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.
.jpg)
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












