DDLA-nın nümayəndə heyəti Lissabonda keçirilən beynəlxalq seminarda iştirak edib - FOTO

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti (DDLA) Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) tərəfindən təşkil olunan “Alternativ yanacaqlardan və enerji sistemlərindən istifadə edən gəmilərdə çalışan dənizçilərin xüsusi səriştələrinin müəyyən edilməsi” adlı seminarda ölkəmizi təmsil edib.
Avtosfer.az xəbər verir ki, beynəlxalq tədbirdə Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov və Təlim və sertifikatlaşdırma mərkəzinin aparıcı mütəxəssisi Rüstəm Aslanlı iştirak ediblər.
Seminar çərçivəsində “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Konvensiyanın mövcud müddəalarının yeni texnologiyalara uyğunlaşdırılması, təhsil müəssisələri və təlim mərkəzləri üçün yeni tədris proqramlarının hazırlanması və dənizçilərin xüsusi hazırlıq səviyyəsinin artırılması üçün zəruri olan normativ və praktiki addımlar müzakirə edilib. Həmçinin hidrogen, ammonyak, metanol və digər alternativ yanacaq növlərinin təhlükəsizlik tələbləri, risklərin qiymətləndirilməsi, bunker əməliyyatları və enerji sistemlərinin idarə olunması üzrə beynəlxalq təcrübə təqdim edilib.
DDLA-nın Dənizçi sənədləri şöbəsinin müdiri Səbuhi Orucov seminarda iştirakın Avropa Komissiyası, Beynəlxalq Dəniz Təşkilatı, təhsil müəssisələri və təlim mərkəzləri, dənizçilik administrasiyaları və sənaye nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, qabaqcıl praktiki yanaşmaların öyrənilməsinə geniş imkan yaradacağına əminliyini ifadə edib.



Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












